26 dekabr 2014 12:15
Prosineçkinin köməkçisi: Eddi İsrafilov Azərbaycan yığmasını gücləndirə bilər
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisinin köməkçisi Yanko Yankoviç İspaniyanın "Qranada" klubunun azərbaycanlı yarımmüdafiəçisi Eddi İsrafilovun yığmamıza cəlb olunacağı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, İspaniya mətbuatına açıqlamasında bunları söyləyib:
"Biz Azərbaycan yığmasına yeni gəlmişik. Hazırda komandanı gücləndirmək üçün bütün imkanları gözdən keçiririk. Bu komanda üçün baxdığımız futbolçular arasında Eddi də var. Onun anası azərbaycanlıdır. Bu üzdən də Azərbaycan yığmasında oynaya bilər. Onun "Qranada"dakı bəzi oyunlarına baxmışıq. Yaxşı təsir bağışlayır. Güclü futbolçu keyfiyyətləri var. Fikrimcə, yığmanı gücləndirə bilər".
