26 dekabr 2014 12:00
Prosineçki Qranadanın üzvünü yığmamıza cəlb etmək istəyir
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki İspaniyaya səfər edəcək. Azerisport.az xəbər verir ki, onun bu səfərində məqsəd İspaniya La Liqasında çıxış edən "Qranada"nın azərbaycanlı yarımmüdafiəçisi Eddi İsrafilovun çıxışını izləməkdir.
Xorvatiyalı mütəxəssis bu klubun düşərgəsində olub, onun məşqlərinə və meydana çıxacağı halda, oyununa baxmaq istəyir. Eddi ilə bağlı müxtəlif məlumatlar toplayan Prosineçki Qranadaya səfəri zamanı futbolçunun özü ilə də ətraflı danışmağı planlaşdırır. Hər şey uğurlu alınsa, İsrafilov yığmamızın növbəti toplanışlarına dəvət oluna bilər.
Qeyd edək ki, "Qranada"nın növbəti oyunu yanvarın 3-də səfərdə "Kordoba"ya qarşı olacaq.
