26 dekabr 2014 11:50
"Ümid edirəm ki, Azərbaycanda karyeram daha uğurlu alınar"
Makedoniyanın "Rabotniçki" klubunun futbolçusu Mariyan Altıparmakovski karyerasını Azərbaycanda davam etdirə bilər. Bu barədə azerisport.az saytına futbolçunun özü məlumat verib.
Mövsümün geridə qalan dövründə vurduğu 10 qolla bombardirlər yarışında ikinci yerdə gedən forvard bunları söyləyib:
"Mənim "Rabotniçki" ilə müqaviləm var. Amma istisna etmirəm ki, tezliklə başqa bir komandaya da keçə bilərəm. Legioner həyatı yaşamaq istəyirəm. Yunanıstanın "Ksanti" və "Paniliakos" klublarında oynamışam. Bu klublardakı oyunum alınmadı. Azərbaycandan mənə təklif var. Ümid edirəm ki, bu ölkədəki karyeram daha uğurlu alınar".
