26 dekabr 2014 11:05
Cavid İmamverdiyev Neftçiyə qayıdır
Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid İmamverdiyev Türkiyənin "Elazığspor" klubu ilə yollarını ayırmağa çox yaxındır. Azerisport.az xəbər verir ki, bunu Türkiyə təmsilçisinin prezidenti Selcuk Öztürk də bəyan etmişdi.
Artıq İmamverdiyevin yanvardan etibarən hansı komandada oynayacağı da müəyyənləşib. "Neftçi"dən aldığımız məlumata görə, Cavid Azərbaycana qayıtsa, məhz bu kluba dönəcək.
"Ağ-qaralar"ın "Xəzər Lənkəran"dan ayrılması gözlənilən Rauf Əliyevi transfer edəcəyi barədə xəbərlərə də münasibət öyrəndik: "Əgər futbolçunun qiyməti aşağı salınsa, biz onunla danışıqlara başlaya bilərik. Yəni hər şey maliyyə məsələsindən asılıdır".
