26 dekabr 2014 00:40

Nikolov: Gərək sabahdan İnter üçün baş məşqçi axtarışına başlayaq

"İnter"in prezidenti Georgi Nikolov azerisport.az saytının suallarına cavab verib.

- Kaxaber Sxadadze Gürcüstan millisində baş məşqçi oldu. Bu xəbəri necə qarşıladınız?
- Sözsüz ki, onun Gürcüstan millisinə təyinatı yaxşı haldır. Biz ona uğurlar arzulayırıq. Sxadadze klubun sahibi Cahangir Hacıyevlə danışaraq ondan razılıq alıb. Klubun sahibi Kaxaya eyni zamanda iki yerdə işləməyə razılıq verib. Amma digər tərəfdən bu, "İnter" üçün yaxşı xəbər deyil. Uzun müddət bizim komandada çalışıb. Hamımız ona öyrəşmişik. "İnter" Kaxanın rəhbərliyi altında yaxşı nəticələr göstərib. Onun getməsini istəməzdik. Əgər özü bu qərarı qəbul edibsə, ona yalnız uğurlar arzulaya bilərik.

- Mövsümün sonunda Sxadadze "İnter"i tərk edəcək. Deməli məşqçi axtarmalısınız...
- Bu barədə danışmaq mənim üçün çətindir. Klublar adətən qış transfer pəncərəsində futbolçu axtarır. Biz indi həm də məşqçi axtarmalıyıq. Kaxaber komandanın inkişafında özünəməxsus rola malikdir. Gərək komandaya layiq məşqçi tapaq. Kaxa maydan sonra klubdan ayrılacaq. Amma biz indidən axtarışa başlamalıyıq. Sabahdan axtarışa başlayacağam. Yaxşı məşqçi tapmaq çətindir.

- Cari mövsümü komanda üçün necə qiymətləndirirsiniz?
- Çempionatın əvvəlindən komandanı ilk üçlükdə görürdüm. Fasiləyə ilk üçlükdə gedəcəyimizi gözləyirdim. Bu gün "Qarabağ" liderdir. Ağdam təmsilçisi layiqli şəkildə 1-ci pilləni tutub. Biz onlara problem yaratmağa çalışmalıyıq. Yaxşı mənada rəqabəti artırmalıyıq. Fasilədən sonra "Qarabağ"la çətin oyunlarımız olacaq. Etiraf edək ki, bu gün "Qarabağ" çox güclüdür.

- Yanvarda yeni transferlər olacaq?
- Komandaya hücumçu lazımdır. Biz forvard axtarışındayıq. Həlledici məqamlarda qol vuran futbolçu almalıyıq. Məşqçi öz axtarışlarını davam etdirir. Yanvarda bu barədə müzakirələr olacaq və biz qərar qəbul edəcəyik. İstisna deyil ki, yeni hücumçu ilə müqavilə imzalanacaq.

- "Xəzər Lənkəran" bundan sonda gənc futbolçulara güvənəcək. Sizin bu qərara münasibətiniz necədir?
- "Xəzər Lənkəran"ın qərarları barədə danışmaq düzgün olmaq. Gənclərə şans vermək yaxşı haldır. Komandalar gəncləşdirmə siyasətini aparanda bu, yerli futbolçulara dəstək olmaq deməkdir. Qoy yerli futbolçular əcnəbilərdən güclü olduğunu sübut etsinlər.

- Rauf Əliyev, Əfran İsmayılov Lənkərandan ayrılır. "İnter" bu futbolçuların xidmətində maraqlıdır?
- Bildiyimə görə, bu futbolçular o qədər də bahalı deyil. Yəni söhbət maliyyədən getmir. Amma Sxadadze heç vaxt bu futbolçularla maraqlanmayıb. O, onlarla maraqlansaydı, mənə deyərdi. Əgər baş məşqçimiz onlarla maraqlanmayıbsa, deməli onlar bizim transfer siyahımızda yoxdur.

- 2014-cü il Azərbaycanda ən yaxşı futbolçu kimi hansı oyunçunun adını çəkə bilərsiniz?
- Çətin sualdır. Meza Kollinin adını çəkə bilərəm. Çox yaxşı və sabit mövsüm keçirib. Mən bütövlükdə 2014-cü ili nəzərdə tuturam. O, bütün oyunlarda maksimum dərəcədə yaxşı təsir bağışlayıb.

- Məşqçilərdən kimi fərqləndirərdiniz?
- İlk yerdə Qurban Qurbanovun adını çəkə bilərəm. O, "Qarabağ"la böyük uğurlar qazandı. İkinci sırada Kaxaber Sxadadzeni vurğulayaram. Üçüncü yerdə isə İbrahim Uzunca. Çünki, o gənc heyətlə "Bakı"nı bütün komandalar üçün ciddi rəqibə çevirib. Yəni "Bakı" o cavanlarla heç də pis oynamır və ona görə onun adını çəkmək istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.