Georgi Nikolov: Kaxaber Sxadadzenin qərarı mənim üçün sarsıdıcı oldu
"İnter"in prezidenti Georgi Nikolov komandanın baş məşqçisi Kaxaber Sxadadzenin Gürcüstan millisinin sükanı arxasına keçməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu xəbər məni çox təəccübləndirdi. Etiraf edim ki, mən heç nə bilmirdim. Bu, doğrudan da mənim üçün çox xoşagəlməz sürprizdir. Sizinlə danışdıqdan sonra Sxadadzeyə də zəng edəcəyəm. Mənim üçün sarsıdıcı xəbər oldu. Enində-sonunda bu, Kaxaberin öz qərarıdır, biz də quldarlıq dövründə yaşamırıq. Əgər o, belə qərar veribsə, deməli, elə də olmalıdır. Amma şəxsən mən bu qərarı düzgün saymıram".
"Onun həm Gürcüstan yığmasında, həm də "İnter"də eyni vaxta çalışmasına gəlincə, öncə baş məşqçimizin qərarını yaxşıca analiz etməyimiz lazımdır. Belə nümunələr çoxdur. Amma iki komandanı çalışdırmaq çoxlu iş deməkdir. Klub ilə yığmanı çalışdırmaq tamamilə fərqli şeylərdir. Eyni zamanda iki işdə çalışmaq keyfiyyətə də təsirsiz ötüşmür".
