Elazığsporun prezidenti: Cavid özündə cəsarət tapmadı ki, getmək istədiyini mənə desin
Türkiyənin "Elazığspor" klubunun prezidenti Selcuk Öztürk deyib bu komandada çıxış edən azərbaycanlı futbolçu Cavid İmamverdiyevin onlarla müqaviləsini pozmaq istəməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib
"Cavid İmamverdiyev getmək istəyir. Heç kimi zorla saхlamırıq. Ona bir quruş belə borcumuz yoхdur. Transfer haqqını gətirsə, gedə bilər. Ötən həftə onunla görüşdük. Cavidə "Samsunspor" matçından sonra performasında ciddi enişin olduğunu dedim. Beynini menecerlər qarışdıra bilər. Transfer təklifləri gələndə futbolçular bundan təsirlənir. Bununla bağlı ona хəbərdarlıq etdim. "Ağlını başına topla" dedim. Bu danışığımızdan bir-iki gün sonra mənə deməyə cəsarəti çatmayıb, baş məşqçimizə ayrılmaq istədiyini deyib. Baş məşqçi də mənə dedi".
