25 dekabr 2014 18:10
Yığmamızın hücumçusu üçün İspaniyada iki yoxlama oyunu
Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Karlsrue" klubunun qış hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, ikinci Bundesliqada çıxış edən komanda qış toplanışına yanvarın 3-də start verəcək.
Ayın 4-də isə futbolçumuzun klubu "Harder13-Cup" turnirinə qatılacaq. Məhz bu turnir başa çatdıqdan sonra isə "Karlsrue" İspaniyaya təlim-məşq toplanışına yollanacaq. Nazarovun komandasını burada iki yoxlama oyunu gözləyir.
