25 dekabr 2014 16:10
Səlahət Ağayev: Kamran Ağayevi intizamsızlıqda günahlandırmazdım
"İnter"in qapıçısı Səlahət Ağayev "Qəbələ"nin qolkiperi Kamran Ağayevi çox tənqid etməyin tərəfdarı olmadığını açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kamranın bizimlə oyun zamanı "İnter" azarkeşləri ilə mübahisə etdiyini eşitmişəm. Amma mən həmkarımı intizamsızlıqda günahlandırmazdım. Fanatlar onu təhqir etməməliydilər. Belə hərəkətlər yolverilməzdir. Kamranın Mikel Alvaronu əllə vurmasına gəlincə, futbolçumuzun onun qarşısında olduğunu gördüm. Düzünü deyim ki, həmin epizodda hər şeyi dəqiq görə bilmədim, gözümə günəş işığı düşürdü. Amma hakim epizoda yaxın idi və daha düzgün qərar verməliydi".
