25 dekabr 2014 14:55
Rail Məlikov: Tərlan Əhmədovu bir il əvvəl görmüşəm
Türkiyənin "Dənizlispor" klubunun azərbaycanlı müdafiəçisi Rail Məlikov qışda klubunu dəyişəcəyi, xüsusilə də AZAL-a keçəcəyi barədə xəbərləri şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən hələ "Dənizlispor"un oyunçusuyam. Heç bir klubla danışıq aparmıram. AZAL-la da həmçinin. "Təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədovu bir il əvvəl görmüşəm. Növbəti ildə harada oynayacağımı hələ özüm də bilmirəm".
