Roman Qriqorçuk: Kamran Ağayevin hərəkətini pisləyirəm
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi
- Ukrayna mətbuatının yazdığına görə, Yevgeni Opanasenko, Mixail Sivakov, Aleksey Qay və Ruslan Fomini "Qəbələ"yə gətirirsiniz. Bu, doğrudur?
- Bu barədə danışmaq istəmirəm. Nə vaxt qərar qəbul etsək, onda danışarıq. Yalnız müqaviləmiz olan futbolçular barədə danışa bilərəm.
- Yaxın günlərdə rəsmi transfer açıqlamaları olacaq?
- Bir şeyi dəqiqə deyə bilərəm ki, biz güclənmək istəyirik. Nə vaxt transfer həyata keçirsək, onda rəsmi olaraq açıqlayacağıq.
- Dmitri Kramarenkonun sizin məşqçilər korpusunuzda çalışacağı bildirilsə də, sonradan o da istefaya göndərildi. Kramarenkonun işində sizi nə qane etmədi?
- Əvvəlki məşqçilər barədə heç nə deyə bilmərəm. Yalnız öz köməkçilərimdən danışa bilərəm. Mənimlə yalnız "Çernomorets"də birgə çalışdığım məşqçilər işləyəcək.
- Kamran Ağayevin "İnter"lə oyundakı hərəkətinə görə 3 oyunluq cəzalandığından xəbəriniz var?
- Bəli, xəbərim var.
- Münasibətiniz necədir?
- Bu, futbolçu tərəfindən atılmış çox kobud bir səhvdir. Mən buna çox mənfi yanaşıram.
- Kamranın komandadakı gələcəyinin şübhə altında olduğunu demək olar?
- Onun klubumuzla müqaviləsi var.
- Mətbuatda da belə xəbər var idi ki, Ukraynadan qapıçı gətirəcəksiniz...
- Bu sual ilə bağlı heç nə deyə bilmərəm.
