25 dekabr 2014 13:40
Azərbaycan 21-ci pilləyə yüksəldi
Beynəlxalq Çimərlik Futbolu Federasiyası yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi yeni siyahıda 21-ci yerdə qərarlaşıb.
Komandamızın hesabında 204 reytinq xalı var. Azərbaycan ötən il sözügedən reytinq cədvəlində 39-cu olmuşdu.
92 komandanın yer aldığı siyahıda birinci yeri Rusiya (1214) tutur. Şimal qonşularımızı İsveçrə (777) və Braziliya izləyir (760).
