25 dekabr 2014 13:10
Sumqayıtda ayrılıqlar başladı
"Sumqayıt" qış hazırlıq planlarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, komandanın təlim-məşq toplanışı 13-23 yanvar aralığında gerçəkləşəcək.
Bu arada komandadan ayrılan futbolçuların da kimliyi müəyyənləşib. Belə ki, Ceyhun Cavadovla Tagim Novruzov mövsümün qalan dövründə bu komandada çıxış etməyəcək. Kiyan Sultanpurun da komandadan göndərilməsi gözlənilir. Qapıçı Tərlan Əhmədli isə 1-ci divizion klublarından birinə icarəyə veriləcək.
