25 dekabr 2014 12:55
Pərdis Fərcad-Azad yenidən Azərbaycana qayıdır
Futbol üzrə Azərbaycan yığmasının və "Sumqayıt"ın sabiq üzvü Pərdis Fərcad-Azad yenidən Azərbaycana qayıdır. Azerisport.az xəbər verir ki, onun yanvarda sumqayıtlıların düşərgəsinə qayıtması gözlənilir.
Qeyd edək ki, Pərdis Fərcad-Azad uzun müddətdir zədəli olduğuna görə futbol oynaya bilmir. O, məhz bu üzdən yayda "Sumqayıt"la yollarını ayırmaq məcburiyyətində qalmışdı.
