25 dekabr 2014 11:15
Azərbaycan Şotlandiya ilə oyun keçirə bilər
AFFA Azərbaycan yığması üçün yoxlama oyunu keçirməyə rəqib axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, millimizin rəqiblərindən biri Şotlandiya ola bilər.
Bu görüşün iyunun əvvəllərində Şotlandiyada keçirilməsi nəzərdə tutulub. Amma britaniyalılar hələ bununla bağlı yekun qərarlarını açıqlamayıblar.
Qed edək ki, Şotlaniya ilə oyun Azərbaycanın AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirəcəyi oyundan (12 iyun) öncəyə təsadüf edəcək.
