25 dekabr 2014 11:00
Ristoviç Bakıdan şikayət etməyə hazırlaşır
"Bakı"nın sabiq futbolçusu Risto Ristoviç Azərbaycan klubundan şikayət etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi artıq "zolaqlılar"la yollarını ayıraraq, vətəninə qayıdıb.
Amma paytaxt klubunun ona olan borcunu qaytarmaması Ristoviçi qəzəbləndirib. Bu üzdən də o, uzun müddətdir ala bilmədiyi həmin pulu FİFA-ya şikayət edərək almağa ümid edir.
