25 dekabr 2014 00:25
Qarabağın məşqçiləri yanvarda Hollandiyaya gedəcək
"Qarabağ"ın müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri Hollandiyaya gedə bilməyiblər. Azerispot.az xəbər verir ki, buna onların viza problemi ilə üzləşməsi səbəb olub.
Bu səfər üç həftə sonra gerçəkləşəcək. Gələn il yanvarın 14-də Ağdam klubunun məşqçiləri idman direktoru Con van Loenin rəhbərliyi altında onun vətəninə üz tutacaqlar. Orada onlar "Ayaks", PSV, "Feyenoord" və "Utrext" kimi klubların bazasına baş çəkib, yerli çempionatın oyunlarını izləyəcəklər.
