25 dekabr 2014 00:15
Cavadov 86 dəqiqə oynadı, komandası Cihansız Sivasspora darmadağınla uduzdu
Futbol üzrə Türkiyə Kubokunda 3-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçuları - Vaqif Cavadovla Ufuk Budakın komandası "Qaziantep BB" səfərdə millimizin digər üzvü Cihan Özkaranın "Sivasspor"unun qonağı olub.
Görüş sivaslıların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Cihan yeni baş məşqçisi Sərgən Yalçınla ilk matçında darmadağına sevinən sivaslıların iştirak ərizəsində yer almayıb. Start heyətdə meydana çıxan Vaqif 86-cı dəqiqədə əvəzlənib. Ufuk isə bu görüşün iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Sivasspor" hazırda 3 xalla qrup üçüncüsü, "Qaziantep BB" isə 1 xalla sonuncudur.
