25 dekabr 2014 00:00
Xəzər Lənkəran daha bir legionerini yola salır
"Xəzər Lənkəran" daha bir legioneri ilə yollarını ayırır. Azerisport.az xəbər verir ki, bu qış gəncləşdirmə siyasətini seçən cənub klubu braziliyalı Villian Tyeqonu da komandadan uzaqlaşdıracaq.
Qeyd edək ki, "ağ-yaşıllar" əsas heyətin əksər üzvlərini yola salıb. Əsas komandadan maksimum 5-6 futbolçunun saxlanılacağı bildirilir.
