24 dekabr 2014 18:35

Samir Abasov: Təcrübəsizlik uğursuz çıxışımıza təsir edən amillərdən idi

Topaz Premyer Liqasında mübarizə aparan klublarda olduğu kimi əvəzedici komandalar da istirahətə yollanıb. Azerisport.az xəbər verir ki, "Sumqayıt"ın əvəzezedici komandası 18 turdan sonra 10 xalla 9-cu pillədə qərarlaşıb.

Əvəzedicilərin 3-cü dövrə üçün hazırlıq planı barəsində komandanın baş məşqçisi Samir Abasov klub saytına açıqlama verib:

"İlk növbədə arxada qalan iki dövrənin bizim üçün uğursuz keçdiyini söyləməliyəm. Kifayət qədər səhvlərimiz olduğundan istədiyimiz nəticələri qazana bilmədik. Heyətdə yer alan futbolçularımızın əksəriyyəti gənclərdir. Təcrübəsizlik də bizim uğursuz çıxışımıza təsir edən amillərdən idi. İnşallah, yanvarın 3-dən etibarən 3-cü dövrənin hazırlığına start verəcəyik. Heyətdə bəzi dəyişikliklər olacaq. 3-4 futbolçu kollektivdən ayrılacaq. Seleksiya xarakterli təlim-məşq toplanışları təşkil edib heyətə yeni simalar cəlb etməyi düşünürük. Bildiyiniz kimi, qış fasiləsi zamanı heyətə yeni futbolçu cəlb etmək məsələsi çətinləşir. Bu səbəbdən seçimdə öz akademiyamızın futbolçularına üstünlük verəcəyik. "Sumqayıt"ın akademiyasında xeyli perspektivli gənc futbolçu var. Məşqçilər heyəti ilə əsas iş prinsipimiz bu yöndə olacaq. Hazırlıq prosesi çərçivəsində 3-4 yoxlama oyunu keçirəcəyik. İnşallah, çempionatda 3-cü dövrənin startına qədər komandanı hazır vəziyyətə gətirərik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.