24 dekabr 2014 17:20
Rauf Əliyev: XL-dən ayrılsam da, azad agent statusu almamışam
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev "Xəzər Lənkəran"la yollarını ayırmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Artıq "Xəzər Lənkəran"ı tərk etmişəm. Klubun öz siyasətini dəyişməsi yollarımızın ayrılmasına səbəb oldu. Bunu gözləmirdim. Digər təkliflərə baxacağam. "Qarabağ"a keçə bilərəmmi? Mən hələ azad agent statusu almamışam. Transfer vərəqəmi alandan sonra mümkün variantlar barədə danışarıq".
