24 dekabr 2014 17:10
Roman Qriqorçuk Qəbələyə daha bir həmyerlisini gətirdi
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun daha bir köməkçisinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, bölgə təmsilçisində elmi-metodiki qrupun rəhbəri vəzifəsinə gətirilən Anatoli Korotyadır.
Qeyd edək ki, digər köməkçiləri kimi, Korotya da Qriqorçukla birgə "Çernomorets"də çalışıb.
