24 dekabr 2014 17:00
Cem Fələk oynadı, Aberdin darmadağına sevindi
Şotlandiya çempionatında çıxış edən klubların U-20 komandaları arasında təşkil olunan ölkə çempionatının 17-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Aberdin"də çıxış edən Azərbaycanın U-19 yığmasının üzvü Cem Fələk komandasının "Mazervell" ilə oyununda iştirak edib.
Qarşılaşma 5:1 hesabıyla futbolçumuzun komandasının xeyrinə başa çatıb. Fələk oyuna hesab 4:0 olarkən, 64-cü dəqiqədə qoşulub.
Hazırda "Aberdin 37 xalla 2-ci pillədə qərarlaşıb.
