24 dekabr 2014 16:40
Millimiz Macarıstan və BƏƏ ilə yoxlama oyunu keçirəcək
2015-ci il yanvarın 10-dan 21-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, toplanış ərzində millimiz BƏƏ və Macarıstan yığmaları ilə yoldaşlıq oyunu keçirəcək.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Zeynal Zeynalov, Orxan Məmmədov, Vaqif Şirinbəyov, Elçin Qasımov, Hikmət Bağırov, Rüfət Məmmədov, Asif Zeynalov, Emin Kürdov, Elvin Quliyev, Amid Nəzərov, Renat Sultanov, Vüsal İsmayılov,
Sabir Allahquliyev, Ramil Əliyev, Namiq İsgəndərov. (AFFA)
