24 dekabr 2014 15:45
Neftçi Bursasporun təklifini qəbul etmədi
Türkiyənin "Bursaspor" klubu "Neftçi"yə yoxlama oyunu keçirməklə bağlı təklif göndərib. Azerisport.az xəbər verir ki, bakılılar bu oyundan imtina ediblər.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, bu oyunun keçirilmə vaxtı və yeri onlara sərf etməyib.
Qeyd edək ki, "Neftçi" mövsümün qalan hissəsinə Antalyada hazırlaşacaq. Hazırda paytaxt klubu Almaniya və Çexiya klubları ilə danışıqlar aparır.
