24 dekabr 2014 15:30
Qurban Qurbanov: UEFA-nın İnterlə oyunumuzun nəticəsini dəyişəcəyinə inanmıram
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA-nın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı keçirdikləri oyunda vurduqları qolun sayılmaması ilə bağlı müsbət qərar qəbul edəcəyinə inanmadığını bəyan edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"UEFA-nın bu oyunun nəticəsini dəyişəcəyinə inanmıram. Belə bir şey UEFA təcrübəsində olmayıb. Ola bilər ki, bizim lehimizə hansısa qərar qəbul olunsun. Amma bu, nəticə baxımından heç nəyi dəyişməyəcək. Ona görə də heç nəyə ümid etmirik".
