24 dekabr 2014 15:00

Yaşar Seyidov: Rəhman ilə Nurlan müqaviləylə Bakıya məxsusdur

Son günlər Azərbaycanın iki gənc və perspektivli futbolçusu ilə bağlı çoxsaylı transfer xəbərləri yayılmaqdadır. Azerisport.az xəbər verir ki, bunlar müqavilə ilə "Bakı"ya məxsus olan Rəhman Hacıyev və Nurlan Novruzovdur.

Qeyd edək ki, Nurlan mövsümün əvvəlindən "zolaqlılar"ın uğurları üçün çalışır və mövsümün geridə qalan dövründə vurduğu 9 qolla Premyer Liqamızın qış fasiləsinə qədərki bombardiridir. Rəhman isə Türkiyənin "Qaziantep BB" klubunda çıxış etsə də, bir neçə gün öncə onlarla yollarını ayırdı. Amma o, hazırda "Bakı"ya məxsus olduğundan, ilk növbədə klubu ilə danışıqlar masası arxasına əyləşməlidi ki, gələcək taleyi ilə bağlı qarşılıqlı razılıq əldə etsin.

Amma həm Hacıyevin, həm də Novruzovun müxtəlif klublara keçidi gündəmdədir. Onların ilk növbədə "Neftçi"yə transfer olunacağı bildirilir. Bunu paytaxt klubundan da təsdiqləyiblər. Lakin onlar bu iki oyunçuya rəsmi təklif göndərmədiklərini bildirirlər.

Maraqlıdır ki, bir neçə gün öncə keçirilmiş AFFA klublar komitəsinin son iclasında "Bakı"nın futbolçularının digər klublarımıza transferinə qadağa qoyulub. Belədə, sözügedən transfer xəbərlərinin nə dərəcədə real olduğunu aydınlaşdırmaq üçün "zolaqlılar"ın direktoru Yaşar Seyidovla əlaqə saxladıq:

"Hacıyevlə Novruzov müqavilə ilə 2018-ci ilin 30 iyununa kimi "Bakı"ya məxsusdur. Onları heyətində görməyi arzu edən klubların bunun üçün iki yolu var. Bunlardan biri onları icarəyə götürməkdir. İkincisi isə onların transfer haqqını ödəməklə almaqdır. Yalnız ondan sonra bu iki futbolçu ilə müqavilə bağlaya bilərlər".

Seyidov Hacıyevin durumuna da aydınlıq gətirib: "Rəhman Türkiyə klubunda icarə əsasında çıxış edirdi. Artıq qarşı tərəflə yollarını ayırdığı üçün yenidən "Bakı"ya qayıtmalıdır. Hacıyevin 16 yaşında klubumuzda necə debüt etdiyini yaxşı xatırlayırsınız. Əfsuslar olsun ki, onun valideynləri Hacıyevin "Bakı"nın yetirməsi olduğunu unudurlar və elə bilirlər ki, futbolçu istədiyi kluba pulsuz keçə bilər. Biz başa düşürük ki, bu futbolçular "Bakı"nın təqdim etdiyindən daha çox qazanmaq istəyirlər. Amma FİFA-nın transfer məsələləri üzrə qaydaları var ki, onlara əməl etmək lazımdır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.