24 dekabr 2014 14:40
Arif Əsədov Bakının 2 üzvü ilə maraqlanır
"Neftçi" "Bakı"nın daha iki futbolçusunun xidmətində maraqlıdır. Azerisport.az xəbər verir ki, artıq qapıçı Aqil Məmmədovu sıralarına qatan "ağ-qaralar" "zolaqlılar"a məxsus Nurlan Novruzovla Rəhman Hacıyevi də almaq istəyir.
Komandanın baş məşqçisi Arif Əsədov hər iki futbolçunun transfer olunmasını istəsə də, hələlik, "Neftçi" rəhbərliyi rəsmi təklif irəli sürməyib.
