24 dekabr 2014 13:40
Millimizin forvardı üçün yeni baş məşqçi
Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi rəsmən müəyyənləşib. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçi vəzifəsinə gözlənildiyi kimi, Sərgən Yalçın gətirilib.
Yalçın mövsümün sonuna qədər "Sivasspor"u çalışdıracaq. O, bu vəzifədə bir müddət öncə istefaya göndərilən Roberto Karlosu əvəzləyib.
Qeyd edək ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara bu komandada çıxış edir.
