24 dekabr 2014 13:20
Rasim Ramaldanov: Klubla yayadək müqaviləm var
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov cənub klubundakı gələcək taleyindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Elbrus Məmmədova yeni işində uğurlar arzulayıram. Mənə gəlincə, klubumla yayadək müqaviləm var. Əgər nəsə olsaydı, yəqin ki, mənə bildirərdilər".
