24 dekabr 2014 12:35
Azərbaycan Albaniya ilə yox, Rusiya ilə qarşılaşacaq
2015-ci il yanvarın 3-dən 11-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında keçiriləcək FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə Azərbaycan yığmasının rəqiblərindən biri dəyişib. Azerisport.az xəbər verir ki, Albaniya yığması turnirdə iştirak etməyəcəyi üçün komandamız qrupda 1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Rusiya-2 yığması ilə qarşılaşacaq.
Futbolçularımızın digər rəqibi Yaponiya komandasıdır.
