24 dekabr 2014 12:25
Xəzər Lənkəran Türkiyədə 5 yoxlama oyunu keçirəcək
"Xəzər Lənkəran" qış hazırlıq planlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, cənub klubu da Türkiyədə hazırlaşacaq.
“Ağ-yaşıllar” qış təlim-məşq toplanışı müddətində Antalyanın Bələk bölgəsində yerləşən “Crystal Tat Beach“də məskunlaşacaq. Yanvar ayının 6-da qardaş ölkədə hazırlığa start verəcək komanda 20 günlük hazırlıq müddətində 5 yoxlama oyunu keçirməyi planlaşdırır. (Klub saytı)
