24 dekabr 2014 12:15
Əfran İsmayılov: Qarabağa qayıtmaq? Hələ gələcəyimlə bağlı heç nə deyə bilmərəm
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov "Xəzər Lənkəran"la yollarını ayırmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İndi heç nədən danışacağımı da bilmirəm. Dəqiq olan bir şey var ki, "Xəzər Lənkəran"dan ayrılmışam. Belə deyək, problemsiz ayrıldıq. Bu, onların qərarıdır. Klubun öz siyasətini dəyişməsinə dair heç nə deyə bilmərəm. "Qarabağ"a qayıtmağıma gəlincə, hələ transfer vərəqəmi almamışam. Ona görə də gələcəkdə nə olacağını deyə bilmərəm".
