24 dekabr 2014 12:00

Dodo: Hakim Kamran Ağayevə qırmızı vərəqə göstərməliydi

"Qəbələ"nin yarımmüdafiəçisi Dodonun azerisport.az saytına müsahibəsi

- "İnter"lə oyundan hansı təəssüratlarınız qalıb?
- Yaxşı oyun keçirdik, bir daha göstərdik ki, yüksək yerlərə layiqik. Məni məyus edən yeganə məqam son saniyələrdə topu tora göndərə bilməməyim oldu. Həmin epizodda dəqiq olsaydım, indi qələbə qazanmış olardıq.

- Bu oyunda bir neçə maraqlı epizod oldu. Bunlardan biri "İnter"dən Elvin Məmmədovun meydandan qovulması idi. Sizcə, hakim ona haqlı olaraq qırmızı vərəqə göstərdi?
- Bəli. Çünki Ruslan Tağızadə artıq cərimə meydançasına daxil olurdu və rəqibin qaydanı pozmaqdan başqa çıxış yolu qalmamışdı. Hakim düzgün qərar qəbul etdi.

- Bəs Kamran Ağayevin Mikel Alvaroya zərbə endirdiyi epizodda onun meydandan qovulmaması nə dərəcədə ədalətli qərar idi?
- Düzünü deyim ki, mən hakimin Kamrana qırmızı vərəqə göstərəcəyini gözləyirdim. Amma Allaha şükür ki, o, bunu etmədi. Biz də tam heyətlə oynaya bildik.

- Yəni, qapıçınıza qırmızı vərəqə verilməliydi?
- Bəli. Hakim ona qırmızı vərəqə göstərməyə borclu idi.

- Roman Qriqorçukdan nə gözləyirsiniz?
- Hələ heç nə. Çünki onu tanımıram. Yanvarda toplanışımız olacaq. Orada tanış olacağıq.

- Fasiləyə 6-cı pillədə getməyiniz sizi üzmür?
- "Araz Naxçıvan"ın imtinasından sonra bizim altı xalımız silindi. Nəticədə, turnir cədvəlində də gerilədik. Düzünü deyim ki, mən karyeramda ilk dəfə belə olayla üzləşirdim. Bizdə yeni baş məşqçi təyinatı olub. Fikrimcə, bu, müsbət təsir edəcək və biz turnir cədvəlində irəliləyə biləcəyik.

- Dorinel Muntyanunun komandadan gedişini müsbət addım sayırsınız?
- Bu barədə danışmaq istəmirəm. Muntyanu da bacardığını etdi. Amma gördüyünüz kimi, bundan artığına nail ola bilmədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.