24 dekabr 2014 11:40
XL Rauf, Əfran və Rəşaddan imtina etdi
"Xəzər Lənkəran"ın məşqçilər korpusundakı dəyişikliyin ardından indi də futbolçularla bağlı islahatlara start verilib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi millimizin də şərəfini qoruyan Rauf Əliyev, Əfran İsmayılov və Rəşad Sadiqov kimi təcrübəli futbolçulardan imtina edib.
Əldə etdiyimiz məlumata görə, əsas komandanın indiki heyətindən sadəcə, altı futbolçu qalacaq. Bu üzdən də əvəzedici komandanın üzvləri əsas heyətə cəlb olunacaq.
