24 dekabr 2014 01:05
Neftçi Antalyaya iki komanda göndərir
"Neftçi"nin əsas komandasının qış fasiləsi zamanı Türkiyədə təlim-məşq toplanışı keçirəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəhbərliyi bu qış Antalyaya daha bir komanda göndərəcək.
Belə ki, "ağ-qaralar"ın əvəzedici komandası da Türkiyəyə gedəcək. Sözügedən komanda 5-11 yanvar aralığında Bakıda hazırlaşacaq. Ardından isə ayın 23-dək Türkiyə toplanışı baş tutacaq.
