24 dekabr 2014 00:55
Mehdiyevsiz Girəsunspor Gənclərbirliyindən xal aldı
Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası “Girəsunspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Gənclərbirliyi” ilə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə başa çatıb. Çempionat oyunlarında forma şansı əldə edə bilməyən Mehdiyevin adı bu matçın da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Girəsunspor" Türkiyə PTT 1-ci Liqasında, “Gənclərbirliyi” isə Superliqada mübarizə aparır. Mehdiyevin komandası hazırda 4 xalla qrup ikincisidir.
