24 dekabr 2014 00:35

Böyükağa Hacıyev: Qarabağ Neftçinin bütün rekordlarını yenilədi

"Neftçi" klubunun sabiq baş məşqçisi, Məşqçilər Şurasının üzvü Böyükağa Hacıyev azərisport.az saytına müsahibəsində Latviya səfərindən, 2014-cü ilin yekunlarından danışıb.

- Bir neçə gün Azərbaycanda olmadınız. Latviya səfəri nə ilə əlaqədar idi?
- Bildiyiniz kimi, məşqçilikdə ən ali hesab edilən PRO kateqoriyasını almaqla bağlı təhsilimi davam etdirirəm. Latviyada olduğum bir həftə ərzində "Skonto" klubunun bazasında oldum. Orada məşqləri izlədim, müəyyən şəxslərlə görüş keçirdim. Latviya futbolunda çoxlu sayda gənc perspektivli futbolçular var. Sadəcə, orada Azərbaycanda olduğu kimi sponsorlar yoxdur. Bizdə futbola daha çox pul yatırılır. Əksər klublarda gənclər çıxış edir. Onlar daha təcrübəlilərlə birgə oynayırlar. Ümumilikdə, ölkə çempionatındakı komandalar gəncləşdirmə siyasətini üstün tutur.

- 2014-cü il başa çatır. Bu il futbolumuz üçün nə ilə yadda qaldı?
- Bu il Azərbaycan futbolunun inkişafda olduğunu göstərdi. İki klub avrokuboklarda pley-offa qədər gəldi. Daha bir komandamız qrup mərhələsində layiqli çıxış etdi. Uğurlar var. Amma həmin nəticələri təkrarlamaq üçün işləmək lazımdır. Klub rəhbərləri işlərinə məsuliyyətli yanaşmalıdır. 2014-cü il həm də "Qarabağ"ın Avroliqada uğurlu çıxışıyla əlamətdar idi. Bu mənada sevindirici məqamlar çox oldu.

- Vaxtı ilə ilk dəfə "Neftçi" ilə qrup mərhələsinə vəsiqə aldınız və 3 xal topladınız. "Qarabağ" daha çox - 6 xal topladı...
- "Qarabağ" ilk dəfə qrup mərhələsində qələbə qazandı. Səfərdə "Dnepr"ə qalib gəldi. Ümumilikdə, 6 xal topladı. Sözsüz ki, bizim əldə etdiyimiz nəticələri yaxşılaşdırdı. "Qarabağ" "Neftçi"nin bütün rekordlarını yenilədi.

- Milan "İnter"i ilə son oyuna baxmısınız?
- İtaliya təmsilçisi Bakıya əsas heyətlə gəlməsə belə, "Qarabağ"a təşəkkür düşür. Bu komanda sona qədər mübarizə apardı. Əlavə olunan dəqiqələrdə qol vurdu. Almeydanın qolu qaydalar çərçivəsindəydi. Sadəcə, hakim "Qarabağ"ın haqlı qolunu saymadı. "Qarabağ" 1/16 final mərhələsinə çox yaxın idi. Oyunuyla sübut etdi ki, Ağdam təmsilçisi növbəti mərhələdə də çıxış edə bilər. Sadəcə, hakim səhvi buna imkan vermədi.

- 2014-cü ilin ən yaxşı futbolçusu kimi hesab edirsiniz?
- Milli səviyyəsində uğurlarımız olmadı. Amma çempionatı xatırlasaq, Mirhüseyn Seyidovun adını çəkə bilərəm. Legionerlərdən isə Riçard Almeyda və Reynaldonu fərqləndirərdim. Braziliyalılar cari mövsümü yaxşı keçirdi.

- Məşqçi kimi hansı həmkarınızı 2014-cü ilin ən yaxşısı hesab edirsiniz?
- Qurban Qurbanov 2014-cü ilin ən yaxşı məşqçisidir. Avrokuboklarda əla nəticə göstərdi. Komandası çempion oldu. Bu nəticələr əsas götürülür. Məşqçinin işi nəticədir.

- Millinin baş məşqçisi Robert Prosineçkinin işinin uğurlu olacağına inanırsınızmı?
- Biz hər zaman inanırıq. Hazırda konkret nəsə söyləmək çətindir. Amma özünü yaxşı tərəfdən göstərməyə çalışır. Mənə dedilər ki, ölkəni bazar ertəsi tərk edib. Çempionatı son tura qədər izləyib. Çalışır hər oyuna getsin. Hiss olunur ki, Azərbaycan futbolu haqda informasiya toplamağa çalışır. Bu amil bizi sevindirir.

- Gənclərdən ibarət yığmada Bernard Lippert istefa verib. Sizcə, onu kim əvəzləyə bilər?
- Azərbaycanda yaxşı məşqçilər çoxdur. Sadəcə, mənim fikrim fərqlidir. Uzun müddət Yaşar Vahabzadə və Babək Alxasov bu komandada köməkçi olub. Onlar futbolçuları yaxşı tanıyırlar. Ona görə komandanı onlara tapşırsaq, daha yaxşı olar. Mən fikrimi söyləmişəm. Vahabzadəylə Alxasova etibar etmək mümkündür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.