24 dekabr 2014 00:20
Samir Əliyev: Qarabağın Premyer Liqada rəqibi yoxdur
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Samir Əliyev "Qarabağ"ın Topaz Premyer Liqasının favoriti olduğunu bəyan edib. Azerisport.az saytına açıqlamasında o bunları söyləyib:
"Mənim fikrimcə, hazırda Premyer Liqamızda "Qarabağ"la rəqabət apara biləcək klub yoxdur. Yadınıza gəlirsə, 3-4 il öncə Ağdam klubu "Neftçi" ilə görüşlərdə çətinliklə üzləşirdi. Məhz bu rəqabətin məntiqli nəticəsi idi ki, hər iki klubumuz bu mövsüm avrokuboklarda pley-offa kimi irəlilədi".
