23 dekabr 2014 20:40
Qəbələ Çernomoretsdən daha bir məşqçi gətirdi
"Qəbələ"nin qapıçılarla iş üzrə yeni məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, Andrey Qluşenkodur.
O, bunadək Roman Qriqorçukun Odessa "Çernomorets"indəki məşqçilər korpusunda yer alıb. Öncə Qriqorçukun Dmitri Kramarenko ilə çalışması gözlənilsə də, son anda o, millimizin sabiq qolkiperinin xidmətindən imtina edib. Bu üzdən də "Qəbələ"nin yeni məşqçisi Qluşenko təyin olunub.
