23 dekabr 2014 19:20
Kramarenko da Qəbələdən getdi
"Qəbələ"nin qapıçılarla iş üzrə sabiq məşqçisi Dmitri Kramarenko Roman Qriqorçukun baş məşqçi postuna təyinatından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bəli, mən "Qəbələ"ni tərk etmişəm. Yeni baş məşqçi gəldi, yeni köməkçilər gətirdi. Bu, futboldur, hər şey normaldır. Yeni məşqçilər korpusunda dörd mütəxəssis olacaq, biri də qapıçılarla işləyən məşqçidir. Rəhbərliyə indiyə qədərki işbirliyinə görə minnətdarlığımı bildirirəm. Onlara uğurlar arzulayıram. Allah eləsin ki, "Qəbələ" ən azı bizim ötən mövsüm Yuri Syominlə qazandığımız uğurları təkrarlaya bilsin".
