23 dekabr 2014 15:20
AZAL da Türkiyəyə gedir
AZAL-ın qış hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, Tərlan Əhmədovun komandası öncə Bakıda hazırlıq keçəcək.
Yanvarın 12-də isə "təyyarəçilər" Türkiyəyə uçacaqlar. Komanda burada yanvarın 24-dək hazırlıq keçəcək. Bu müddət ərzində AZAL dörd yoxlama oyunu keçirəcək.
