23 dekabr 2014 15:10
Səlahət Ağayev: Bu, Kamran Ağayevlə mənim duelim deyildi
"İnter"in qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" ilə oyunu Kamran Ağayevlə özünün dueli hesab etmir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, iki qapıçının dueli deyildi. Əlbəttə, kənardan hər şey daha yaxşı görünür. Yığmaya gəlincə, kimin daha güclü olduğuna, kimin oynayacağına baş məşqçi qərar verir. O, kimə güvənəcəksə, həmin qapıçı da oynayacaq. Kamran yaxşı qapıçıdır, yığmada böyük təcrübəyə malikdir".
