23 dekabr 2014 14:50

Rəhman Hacıyev: Rusiya və Türkiyə arasında seçim edirəm

"Bakı"nın yarımmüdafiəçisi Rəhman Hacıyev Türkiyənin "Qaziantep BB" klubu ilə yollarını ayırmasının səbəblərini azerisport.az saytına müsahibəsində açıqlayıb.

- "Qaziantep BB" ilə yollarınızı ayırmağınıza nə səbəb oldu?
- Mən bu komandaya gedəndə orada başqa rəhbərlik, məşqçilər korpusu var idi. Həmin dövrdə mütəmadi oynayırdım. Amma həm rəhbərlikdə, həm də məşqçilər korpusunda dəyişiklik ediləndən sonra mənim üçün hər şey pisə doğru dəyişdi. Mənə şans vermək istəmədilər. Bu komandaya Premyer Liqa klubundan keçdiyim halda, orada ümumiyyətlə heyətə düşə bilmirdim. Bununla da barışa bilməzdim.

- Klub özü sizinlə yollarını ayırmaq istədi?
- Xeyr. Mən məşqçilərə yaxınlaşdım və bildirdim ki, artıq bu klubda oynamaq istəmirəm. Nəticədə, icarə müqaviləsi qarşılıqlı razılıq əsasında pozuldu.

- Bundan sonrakı planlarınız necə olacaq?
- Hələlik, istirahət edirəm. Yaxın günlərdə gələcək karyeramla bağlı qərarımı verəcəm. Bircə onu bilirəm ki, ölkəyə qayıtmaq, Azərbaycanda oynamaq haqda düşünmürəm. Mətbuatda məlumat yayılıb ki, "Neftçi"yə keçməyə hazırlaşıram. Amma belə deyil. Mənim elə bir planım yoxdur.

- Elə isə karyeranızı harada davam etdirəcəksiniz?
- Türkiyə və Rusiyadan təkliflər var. Rusiya Premyer Liqasında çıxış edən bir klub mənim xidmətimdə daha çox maraqlıdır. Hələlik, adını açıqlamaq istəmirəm. İki ölkə arasında seçim etməyə çalışıram.

- "Bakı"nın oyunçusu olduğunuzu nəzərə alsaq, paytaxt klubu sizə problem yaratmayacaq?
- Bu klubdakı vəziyyət hər kəsə bəllidir. Fikrimcə, problem olmayacaq. Klub özü də yetirməsinin ölkə xaricində oynamasında maraqlı olmalıdır. "Bakı"nın məni saxlamasının mənası yoxdur. Əksinə, onlardan dəstək gözləyirəm.

- "Neftçi"yə keçməkdə maraqlı deyilsiniz?
- Bu, mənim üçün böyük şərəf olardı. Gələcəkdə bu komandada da oynamaq istərdim. Türkiyədə olarkən hər oyununu izləmişəm. Amma indi xaricdə oynamaq istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.