23 dekabr 2014 13:00
Xəzər Lənkərana Elbrus Məmmədov rəhbərlik edə bilər
"Xəzər Lənkəran" baş məşqçisi Oğuz Çətinin istefasını rəsmən açıqlamasa da, artıq bu komandanı çalışdıracaq namizədlərlə bağlı müxtəlif versiyalar səslənməkdədir. Azerisport.az xəbər verir ki, bu variantlardan biri də cənubluların əvəzedici heyətinə rəhbərlik edən Elbrus Məmmədovdur.
Onun rəhbərliyi altında əvəzedici komanda qış fasiləsinə lider kimi yollanıb. Məhz bu üzdən istisna olunmur ki, əsas komanda məhz bu məşqçiyə həvalə olunsun.
