23 dekabr 2014 12:25

Tuyqun Nadirov: Yunis Hüseynov Oğuz Çətini əvəzləməyəcək

"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun azerisport.az saytına müsahibəsi

- İstefa verən Oğuz Çətini Yunis Hüseynovla Mirça Rednikdən birinin əvəzləyəcəyi bildirilir. Buna münasibətinizi bilmək istərdik...
- Ondan başlayaq ki, Oğuz Çətin hələ rəsmi olaraq, klubumuzun baş məşqçisidir. Bu yaxınlarda iclas keçirdik. Həmin toplantıda türkiyəli mütəxəssis istefa ərizəsini bizə təqdim etdi.

- O, bu istefasını nə ilə izah etdi?
- Klub üçün hər cür şərait yaradılmışdı. İstədiyi transferləri həyata keçirdi, toplanış baş tutdu, amma bunun müqabilində komanda mövsümün ilk yarısını "Xəzər Lənkəran"ın adına layiq yerdə başa vurmadı. Yəqin ki, öz işinin perspektivini görmədiyi üçün belə addım atdı. Amma hələ klub prezidenti yekun qərar qəbul etməyib. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək.

- Bəlkə, başqa klublardan təklif alıb?
- O, müqaviləsi bitənə kimi bizdə çalışa bilər. Amma qəti şəkildə vəzifəsindən getmək istəsə, o zaman ona əvəzləyici axtarmaq məcburiyyətində qalacağıq.

- Bəs onu kim əvəz edə bilər?
- Düzünü deyim ki, biz heç kimlə maraqlanmamışıq. İndi belə bir aqibətlə üzləşəcəyimizi gözləmirdik. Çətin yaxşı mütəxəssisdir, ona hörmətimiz var. O, çalışqan idi və "Xəzər Lənkəran" üçün əlindən gələni edirdi.

- Bəs nəticələrinizin pis olmasının səbəbi nədir?
- O, konkret bildirdi ki, yayda komandaya gətirdiyi futbolçular onun ümidlərini doğrultmayıblar. Bu, həm yerli, həm də əcnəbi futbolçulara aiddir.

- Klubun strategiyasını dəyişəcəyi barədə xəbərlər nə dərəcədə doğrudur? Təcrübəli və legioner futbolçuların göndəriləcəyi, gəncləşdirmə siyasəti aparılacağı bildirilir...
- Biz legionerlərdən imtina etməyə hazırlaşmırıq. Heyəti komandanın sükanı arxasında olan baş məşqçi formalaşdıracaq.

- Yunis Hüseynovun Çətini əvəzləməsi mümkündür?
- Hüseynov klubun idman direktorudur. O, öz işinin öhdəsindən layiqincə gəlir. Öz işləri var. Rəhbərlik onu baş məşqçi təyin etməyə hazırlaşmır. Bunlar real deyil. Yunis Hüseynov Çətini əvəzləməyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.