23 dekabr 2014 12:00
Millimiz dünya reytinqində 1 pillə gerilədi
Futzal üzrə yığma komandaların növbəti reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi yeni reytinq siyahısında bir pillə geriləyib.
Hazırda millimiz 1393 xalla 12-ci yerdə qərarlaşıb.
Azərbaycan yığmasının AÇ-nin seçmə mərhələsindəki rəqiblərindən Ukrayna 8-ci (1474 xal), Belçika 29-cudur (1197).
Potensial rəqiblərimizin reytinq cədvəlindəki sıralaması isə belədir: Yunanıstan 55-ci (924), Danimarka 61-ci (875), Bolqarıstan 79-cu (750), Cəbəllütariq 91-cidir (578).
