23 dekabr 2014 11:35
Böyükağa Hacıyev Latviya səfərindən danışdı
"Neftçi"nin sabiq baş məşqçisi, məşqçilər şurasının üzvü Böyükağa Hacıyev Latviya səfərindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bildiyiniz kimi, məşqçilikdə ən ali hesab edilən PRO kateqoriyasını almaqla bağlı təhsilimi davam etdirirəm. Latviyada olduğum bir həftə ərzində "Skonto" klubunun bazasında oldum. Orada məşqləri izlədim, müəyyən şəxslərlə görüş keçirdim. Latviya futbolunda çoxlu sayda gənc perspektivli futbolçular var. Sadəcə, orada Azərbaycanda olduğu kimi sponsorlar yoxdur. Bizdə futbola daha çox pul yatırılır. Əksər klublarda gənclər çıxış edir. Onlar daha təcrübəlilərlə birgə oynayırlar. Ümumilikdə ölkə çempionatındakı komandalar gəncləşdirmə siyasətini üstün tutur".
