22 dekabr 2014 18:40

Qriqorçuk: Azərbaycan və Ukrayna çempionatlarını müqayisə etmək istəmirəm

"Qəbələ"nin yeni baş məşqçisi Roman Qriqorçuk bu təyinatı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Ukrayna mətbuatına açıqlamasında öncə bunları söyləyib:

- Mənimlə maraqlanan digər klublardan danışmaq istəmirəm. "Qəbələ" rəhbərliyi ilə iddialarımız üst-üstə düşür. Qəbələ kiçik şəhərdir. Amma burada futbolu inkişaf etdirmək üçün hər şey mövcuddur. Simpatik müasir stadionları, komfortlu otelləri, gözəl futbol akademiyaları var. Klub rəhbərliyi görülən işlərlə kifayətlənmək istəmirlər. Onlar bundan da artığına nail olmaq istəyirlər. Qəbələ rahat və gözəl şəhərdir. Burada həm məhsuldar işləmək, həm də ürəkdən dincəlmək olar.

- "Qəbələ"nin son iki məşqçisi Rusiya klublarını çalışdırıb. Yeni komandanız hazırda necə futbol sərgiləyir?
- Mən həm Yuri Syominin, həm də Dorinel Muntyanunun işinə qiymət vermək istəməzdim. Komandanın çıxışından danışmaq telefon söhbəti deyil. Sadəcə, onu deyə bilərəm ki, mənim prinsiplərim dəyişməz qalıb. "Dinaburq", "Ventspils", Zaporojye "Metallurq"u və şübhəsiz ki, "Çernomorets"dəki işimi burada da davam etdirəcəyəm.

- Mətbuatda yayılan xəbərlərə görə, klubdakı məşqçilərdən Sənan Qurbanovla Dmitri Kramarenko sizə kömək edəcək, "Çernomorets"dən isə Mixail Savka ilə Stepan Matveyevi aparacaqsız. Andrey Qluşenko ilə əməkdaşlıq etməyəcəksiniz?
- Mən Odessada birgə çalışdığım məşqçilər komitəsini tam olaraq "Qəbələ"də görmək istərdim. Fikrimcə, rəhbərlik bununla bağlı öz qərarını verəcək.

- Bu yaxınlarda sizin keçmiş yetirməniz Aleksey Antonov belə bir fikir səsləndirmişdi ki, Qazaxıstan və Azərbaycan kimi ölkələrdə futbol çox zəifdir...
- Çox əbəs. Bu ölkələrdə futbolun zəif olduğunu düşünmək lazım deyil. Azərbaycan və Ukrayna Premyer Liqalarını müqayisə etmək istəmirəm. Amma Azərbaycana getməzdən öncə gördüyüm, eləcə də "Qəbələ"nin canlı izlədiyim oyunlarına əsasən deyə bilərəm ki, burada futbolun səviyyəsi kifayət qədər yüksəkdir.

- Düzdür ki, siz "Qəbələ"ni Ukraynada, xüsusilə də "Çernomorets"də çıxış edən futbolçularla gücləndirmək istəyirsiniz?
- Bəli, gizlətmirəm, belə bir arzum var. Amma həmin futbolçuların adlarını açıqlamayacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.