22 dekabr 2014 17:20

Abdulbari Gözəl Qarabağın bazasına baş çəkdi

"Qarabağ"ın prezidenti Abdulbari Gözəl komandanın bazasını ziyarət edib. Azerisport.az xəbər verir ki, yeni "Qarabağ" erasının təməlini qoyan, Avropa Liqasının qrup mərhələsini hakim haqsızlığı səbəbindən aşa bilməyən klubun prezidenti daim özünəməxsus strategiya ilə komandanın inkişafına təkan verib.
 
Məhz Gözəl bəyin memarı olduğu "Qarabağ" bu gün milyonlar tərəfindən sevilir. Abdulbarı Gözəlin bu gün bazanı ziyarəti heç də təsadüfi olmayıb. Gözəl bəy klubun idarə heyətinin üzvü Fevzihan Arasla birlikdə bazaya təşrif buyurub. 

Klub prezidentini "Qarabağ"ın direktoru Əmrah Çəlikəl qarşılayıb. Gözəl komandanın baş məşqçisi Qurban Qurbanov və kapitanı Rəşad Sadıqovla görüşüb. Gözəl bəy Qurban Qurbanovu bir daha Avroliqadakı uğurlu çıxış münasibətiylə təbrik edib. Komandanın "İnter"lə oyunda haqsızlığa uğradığını bildirsə də, mənəvi cəhətdən qalib olduğunu bildirib. Hər kəsə "Qarabağ" ruhunun fərqliliyini nümayiş etdirildiyini deyib. 

"Qarabağ"ın əslində qalib olduğunu bildirərək daha böyük uğurlar üçün yeni çağırışlara zəmin yarandığını vurğulayıb. Ardınca, Gözəl bəy hazırda inşası davam edən stadiona gedib. Tikinti işlərinin gedişatıyla yaxından tanış olub. Stadion inaşaatı haqqında ətraflı bilgilər alan klub prezindeti işlərinin sürətləndirilməsi yönündə təlimatlarını verib.  (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.